Havalandırma xidmətləri

Havalandırma sisteminin quraşdırılmasından təmizlik və təmirə qədər — restoran, ofis, anbar və mənzillər üçün bütün işlər. Xidməti seçin və ya pulsuz baxış sifariş edin, uyğun həlli obyektdə birlikdə müəyyən edək.

Havalandırma sisteminin quraşdırılması

Baxış, hesablama, avadanlıq seçimi və açar təhvil montaj — mənzildən böyük obyektə qədər.

Mətbəx davlumbazı və restoran havalandırması

Restoran, kafe, fast-food və şadlıq evləri üçün davlumbaz, yağ filtri, kanal və güclü sorma sistemi.

Paslanmayan poladdan mətbəx avadanlığı

Restoran, kafe və evlər üçün ölçüyə görə polad masa, rəf, lavabo, davlumbaz və istənilən mətbəx avadanlığı.

Hava kanallarının quraşdırılması

Düzbucaqlı, dairəvi və elastik kanallar, fasonlar, barmaqlıqlar və izolyasiya ilə tam kanal şəbəkəsi.

Havalandırmanın təmizlənməsi və servisi

Kanal, davlumbaz və ventilyatorların tozdan, yağdan təmizlənməsi, filtr dəyişimi və planlı servis.

Ventilyator quraşdırılması

Hamam və mətbəx ventilyatorlarından kanal, radial və sənaye ventilyatorlarına qədər seçim və montaj.

Rekuperator sistemləri

İstiliyi itirmədən təmiz hava: mənzil, ev və ofislər üçün rekuperatorlu axın-sorma sistemi.

Təmir və diaqnostika

Zəif çəkən, səs salan və ya işləməyən havalandırmanın səbəbini tapır, təmir edirik.