Havalandırmanın necə işləyəcəyini təkcə ventilyator deyil, kanal şəbəkəsi də müəyyən edir. Kanal dar seçiləndə sistem səs-küylü olur, çox dönmə olanda hava son otaqlara çatmır, birləşmələr sıx deyilsə hava yolda itir. Biz kanalları hesablanmış diametr və marşrutla, sıx birləşmələrlə və lazım olan yerdə izolyasiya ilə quraşdırırıq.
Zəng: 077 100 40 90 · WhatsApp: 077 100 40 90
Düzbucaqlı kanallar asma tavan altında az yer tutduğu üçün ofis və ticarət obyektlərində tez-tez seçilir. Dairəvi (spiral) kanallar havanı daha az müqavimətlə ötürür, montajı sürətlidir və anbar, sex kimi açıq tavanlı yerlərdə həm də səliqəli görünür. Elastik kanallar isə yalnız qısa məsafədə, əsas xətti barmaqlıq və diffuzorlara qoşmaq üçün istifadə olunur — uzun elastik kanal havanı "boğur".
Eyni miqdarda hava dar kanaldan daha sürətlə keçməlidir. Sürət artdıqca fit səsi, titrəmə və ventilyatora düşən yük də artır. Ona görə kanalın ölçüsünü otaqlara verilməli olan hava həcminə görə hesablayırıq və əsas xətdən uzaqlaşdıqca kanalı mərhələli kiçildirik ki, hər otağa lazım olan qədər hava çatsın.
Marşrutu da mümkün qədər düz qururuq. Hər əlavə dönmə müqavimət yaradır və sonuncu otaqlarda axını zəiflədir.
Soyuq çöl havası isti otaqdan keçən kanalla daşınanda kanalın səthində kondensat yarana bilər. Bu su asma tavanı islada və ləkə buraxa bilər. Belə hissələri istilik izolyasiyası ilə örtürük. Yataq otağı, ofis və iclas otaqları kimi sakit olmalı yerlərdə isə kanalda səs susdurucu və səs izolyasiyası istifadə edirik.
Köhnə binalarda və ya əvvəlki icarəçidən qalan obyektlərdə kanallar çox vaxt yeni planlaşdırmaya uyğun gəlmir: divarlar sökülüb, otaqlar dəyişib, kanal isə köhnə yerində qalıb. Belə hallarda mövcud şəbəkəni yoxlayır, istifadəsi mümkün olan hissələri saxlayır, qalanını yeni plana görə dəyişirik. Bu, hər şeyi sıfırdan qurmaqdan çox vaxt sərfəli olur.
Əsasən bəli, amma metr qiyməti kanalın növündən, ölçüsündən, fasonların sayından və montaj hündürlüyündən asılıdır. Baxışdan sonra ümumi kanal şəbəkəsi üçün təklif veririk.
Olar. Açıq tavanlı obyektlərdə dairəvi spiral kanal səliqəli görünür və interyerin bir hissəsinə çevrilir. Yaşayış yerlərində isə kanal dekorativ qutu ilə örtülə bilər.
Ən çox rast gəlinən səbəblər dar kanal, çox dönmə, boş bərkidilmiş hissələr və susdurucunun olmamasıdır. Diaqnostikadan sonra səbəbi müəyyən edib aradan qaldırırıq.