Qapalı və yeraltı parkinqlərdə avtomobillərin işlənmiş qazları, toz və rütubət yığılır. Havalandırma zəif olanda içəridə qoxu ağırlaşır, qaz yaşayış binasının pilləkənlərinə və liftlərinə keçə bilər. Yaşayış kompleksləri, ofis binaları və ticarət mərkəzlərinin parkinqləri üçün sorma və axın sistemləri quraşdırırıq.
Zəng: 077 100 40 90 · WhatsApp: 077 100 40 90
Parkinqdə havanın ən ağır olduğu yerlər adətən küncdəki və rampadan uzaq sahələrdir. Sistemi elə qururuq ki, hava bütün sahədə dəyişsin, "ölü zonalar" qalmasın.
Bu problemləri sistemi qurarkən əvvəlcədən nəzərə alırıq. Rampa və giriş qapıları yaxınlığında hava balansı pozulanda qış aylarında soyuq hava parkinqin içərisinə dolur, yayda isə qaz qoxusu giriş zonasında yığılır.
Yeraltı parkinqlərdə adətən güclü sorma ventilyatorları, böyük kəsikli kanallar və ya kanalsız sistemlərdə havanı lazımi istiqamətə itələyən reaktiv (jet) ventilyatorlar istifadə olunur. Axın havası rampadan və ya ayrıca şaxtalardan verilir. Seçim parkinqin sahəsindən, tavan hündürlüyündən və binanın quruluşundan asılıdır.
Parkinqdə maşın sayı gün ərzində dəyişir. Sistemi daima tam güclə işlətmək əvəzinə dəm qazı sensorları ilə idarə etmək olar: havada qazın səviyyəsi artanda ventilyatorlar sürəti artırır, az olanda isə qənaət rejiminə keçir. Bu, həm elektrik xərcini, həm də avadanlığın yeyilməsini azaldır.
Bəzi parkinqlərdə gündəlik havalandırma ilə yanaşı yanğın zamanı tüstünü çıxaran sistem də tələb olunur. Bu sistemlərdə istiyə davamlı ventilyatorlar, yanğın klapanları və yanğın siqnalizasiyası ilə əlaqəli idarəetmə istifadə olunur. Belə layihələrdə binanın mövcud sənədlərini və tələblərini öyrənib işi müvafiq qaydada planlaşdırırıq. Mövcud tüstü çıxarma ventilyatorlarının yoxlanması və təmiri də xidmətlərimizə daxildir.
Yeni yaşayış komplekslərində parkinqin havalandırması çox vaxt tikinti mərhələsində qurulur, amma sonradan sakinlərin şikayəti ilə yenidən baxılması lazım gəlir. Mövcud sistemin diaqnostikasını aparır, zəif nöqtələri müəyyən edir və idarəedici şirkətə konkret təklif veririk. Ventilyatorların servisini də öz üzərimizə götürə bilərik.
Adətən parkinqdə sorma zəifdir və ya pilləkən, lift şaxtaları ilə parkinq arasında hava balansı pozulub. Diaqnostika ilə səbəbi müəyyən edirik.
Mütləq tam güclə yox. Qaz sensorları ilə idarə olunan sistem lazım olanda gücü artırır, digər vaxt qənaət rejimində işləyir.
Bəli. Ventilyatorların təmiri, kanalların bərpası və avtomatikanın yenilənməsi işlərini görürük.